AZ

SOCAR AQŞ İraqda layihələrini genişləndirir və yeni tenderlərdə iştirak edir

Bakı. Trend:

SOCAR AQŞ İraqda layihələrini genişləndirir və yeni tenderlərdəiştirak edir.

Trend xəbər verirki, bu barədə SOCAR AQŞ-in Türkiyə üzrə meneceri Elvin NəsibovBakıda keçirilən "IADC Drilling Caspian 2026" konfrans və sərgisiçərçivəsində bildirib.

Onun sözlərinə görə, şirkət regionda bazardakı mövcudluğunugenişləndirmək məqsədilə müxtəlif tenderlərdə iştirak edir.

“Xüsusilə, hazırda özəl operator "Crescent Petroleum" ilə"1+4"sxemi üzrə qazma layihəsinin icrası üçün tenderə müraciəttəqdim olunub: əvvəlcə bir kəşfiyyat quyusunun qazılması nəzərdətutulur və uğurlu nəticələr əldə olunacağı, kommersiya hasilatıtəsdiqlənəcəyi təqdirdə daha dörd quyu qazılacaq.

Bundan əlavə, şirkət "Basra Oil Company" ilə birgə 2000 atgücünə malik qurğulardan istifadə etməklə qazma işləri üzrətenderdə iştirak edir.

Qazma üzrə menecerin sözlərinə görə, Türkiyə və İraqdakılayihələr şirkətin əhəmiyyətli beynəlxalq təcrübəsini nümayişetdirir və onun dünya üzrə təhlükəsiz və yüksək keyfiyyətli qazmaxidmətləri göstərməyə sadiqliyini təsdiqləyir”.

Məqalədə:
Seçilən
24
az.trend.az

1Mənbələr