“Türkiyədə əlbəttə ki, Paşinyana dəstək ifadə edirlər. Çünki Paşinyanın onlar üçün ideal tərəfdaş olduğunu hesab edirlər”.
KONKRET.az xəbər verir ki, bu sözləri Qafqaz məsələləri üzrə ekspert, Karnegi Mərkəzinin aparıcı tədqiqatçısı Tomas de Vaal deyib.
O əlavə edib ki, bu səbəbdən Türkiyədə müxtəlif layihələrə hazırlıq gedir. Ekspertin sözlərinə görə, ən böyük addım Ermənistanla sərhədin açılması ola bilər, lakin bu gündəliyi irəlilətmək üçün Türkiyə Bakıdan siqnal gözləyir.
Eyni zamanda, Tomas de Vaal hesab edir ki, Azərbaycan tərəfindən irəli sürülən tələblərin, Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsinin seçkilərdən sonra, o cümlədən Paşinyanın qələbəsi halında həyata keçirilməsi çətin olacaq.
Onun fikrincə, referendum zamanı bu məsələ Ermənistan cəmiyyəti tərəfindən dəstəklənməyəcək.
Ekspert əlavə edib ki, xarici qüvvələrin faktoru Ermənistan seçkilərinin nəticəsinə həlledici təsir göstərəcək.
Tomas de Vaal bunu Paşinyanın yalnız ölkə daxilində hakimiyyət seçkisi ilə deyil, həm də Ermənistanın xarici siyasət kursu üzrə referendum təşkil etməsi ilə izah edib.
O bildirib ki, həm Ermənistan, həm də Azərbaycan cəmiyyətində qanlı qarşıdurmanın dayandırılması arzusu mövcuddur və Paşinyan bunu bacarıqla istifadə edir.
Müşviq Tofiqoğlu
KONKRET.az