AZ

Yerdə maqnit qasırğası başladı

Bakı. Trend:

Yüksək Günəş aktivliyi nəticəsində planetar miqyasda maqnitqasırğalarının başlanğıcı qeydə alınır.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər AkademiyasınınKosmik Tədqiqatlar İnstitutunun və Günəş–Yer Fizikası İnstitutununGünəş astronomiyası laboratoriyası məlumat yayıb.

“Mövcud mərhələdə səviyyə G1 (zəif qasırğalar) təşkil edir,lakin gün ərzində G2–G3 səviyyəsinədək yüksəlmə mümkündür. Buqasırğalar kəskin şəkildə ifadə olunmuş tək bir səbəbə malik deyilvə ayın əvvəlindən müşahidə olunan son dərəcə yüksək Günəşaktivliyinə Yer maqnitosferinin ümumi reaksiyasıdır”, – məlumatdabildirilir.

Qeyd olunur ki, maqnit qasırğasına 2 fevralda son 1,5 il ərzindəbaş vermiş ən güclü X8.1 sinifli alışma zamanı kosmosa atılmışplazma buludunun kənarının Yerə çatması səbəb olub.

Məqalədə:
Seçilən
86
3
az.trend.az

4Mənbələr