AZ

Kənd təsərrüfatı məhsulları istehsalı müəssisələrinə yeni tələb qoyuldu

Bakı. Trend:

“Kənd təsərrüfatı müəssisələrinin Baş planları. Layihələndirmənormaları” təsdiq edilib.

Trend-inməlumatına görə, bununla bağlı Dövlət Şəhərsalma və ArxitekturaKomitəsinin sədri Anar Quliyev müvafiq qərar imzalayıb.

Qərara əsasən, kənd təsərrüfatı müəssisələrinin baş planları“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”,“Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Tullantılarhaqqında”, “Heyvanlar aləmi haqqında” qanunlar və digər qüvvədəolan normativ tələblər nəzərə alınmaqla hazırlanmalıdır.

Ətraf mühitə təsirin qiymətləndirilməsi siyahısına daxil edilmişkənd təsərrüfatı müəssisələri üçün bu qiymətləndirmə “Ətraf mühitətəsirin qiymətləndirilməsi haqqında” Qanuna uyğun olaraq yerinəyetirilməlidir.

Su, torpaq, meşə, bitki və heyvanlar aləmindən istifadəninəsaslandırılması, eləcə də torpaqların, bitki və heyvanlaraləminin, biomüxtəlifliyin mühafizəsi və bərpası, xüsusi mühafizəolunan təbiət ərazilərinin və obyektlərinin statusunun qorunmasıməqsədilə kooperativlərin, kənd təsərrüfatı məhsullarının istehsalıüzrə ixtisaslaşmış heyvandarlıq və quşçuluq məhsulları istehsalımüəssisələrinin, həmçinin irimiqyaslı kənd təsərrüfatı(aqroparklar), habelə balıqçılıq (o cümlədən akvakultura)təsərrüfatı fəaliyyəti üzrə layihələrin “Ətraf mühitə təsirinqiymətləndirilməsi haqqında” Qanunda nəzərdə tutulmuş qaydada ətrafmühitə təsirinin qiymətləndirilməsi sənədi hazırlanaraq dövlətekoloji ekspertizası keçirilməli və “Kənd təsərrüfatı kooperasiyasıhaqqında” Qanunun tələbləri yerinə yetirilməlidir.

Məlumat üçün bildirək ki, qərar yanvarın 22-də qəbul edilib,fevralın 2-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib,fevralın 3-dən qüvvəyə minib.

Seçilən
27
3
az.trend.az

4Mənbələr