AZ

Siqareti buraxdıqdan sonra bədəndə nə baş verir?

Siqareti tərgitdikdən sonra orqanizmdə müsbət dəyişikliklər mərhələli şəkildə baş versə də, bu dəyişikliklər artıq ilk andan etibarən hiss olunmağa başlayır.

Azreform.info "20minutos" nəşrinə isinadla xəbər verir ki, bu barədə həkim Ana Peres Ballesta danışıb.

Onun sözlərinə görə, son siqaretdən cəmi 20 dəqiqə sonra insanın nəbzi normallaşır. Nəticədə ürək daha az yüklə işləməyə başlayır.

Həkim əlavə edib ki, 24 saatdan sonra qanda karbonmonoksit səviyyəsi yarıya qədər azalır, oksigen səviyyəsi artır və ürək tutması riski azalır. İki gün sonra qoxu və dad hissləri daha kəskin olur. Bir neçə həftə sonra isə ağciyərlərin fəaliyyəti təxminən 10 faiz yaxşılaşır.

Uzunmüddətli perspektivdə isə, həkimin sözlərinə görə, insanda bir neçə növ xərçəng və insult riski əhəmiyyətli dərəcədə azalır.

Həmidə İbrahimova

Seçilən
5
1
azreform.info

2Mənbələr