AZ

İspaniya turizm rekordu qırıb

ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Ölkənin turistlərdən əldə etdiyi gəlir ötən il 134,7 milyard avroya çatıb

İspaniyaya gələn beynəlxalq ziyarətçilərin sayı 2024-cü illə müqayisədə 3,2% artıb. Həmin il ölkəyə 94 milyon turist gəlib. AYNA.AZ xəbər verir ki, “Associated Press” bu barədə Milli Statistika İnstitutunun rəqəmlərinə istinadən məlumat yayıb.

Bildirilib ki, İspaniya dünyanın ən populyar turizm məkanlarından biridir və turizmin ümumi daxili məhsulun 12,6%-ni təşkil edir.

BMT-nin Dünya Turizm Barometrinə görə, İspaniya ən yüksək turizm gəlirlərinə malik ölkələrin siyahısında Böyük Britaniya və Fransadan sonra üçüncü yerdədir.

Turizm Nazirliyinin məlumatına görə, İspaniyanın beynəlxalq turistlərdən əldə etdiyi gəlir ötən il 6,8% artaraq 134,7 milyard avroya çatıb. 2024-cü ildə isə bu rəqəm 126 milyard avro olub.

Kataloniya muxtar bölgəsi təxminən 20,1 milyon turist cəlb edib ki, bu da 2024-cü illə müqayisədə 0,6% artım deməkdir. Ardınca Aralıq dənizi adaları və Kanar adaları gəlir.

Bu arada, İspaniyanın turizm naziri Jordi Ereu 2026-cı ilin ölkəyə xarici turistlərin axınında artım olacağını gözləyir. Aralıq dənizi ölkəsindəki turizm bumu iqtisadiyyatını stimullaşdırsa da, mənzil qiymətlərinə, yol tıxaclarına və təbii sərvətlərin deqradasiyasına mənfi təsirləri səbəbindən bir çox məşhur turizm məkanında gərginliyə səbəb olub.

2025-ci ilin əvvəlində İspaniya, ölkənin mənzil böhranını həll etmək üçün Aİ üzvü olmayan sakinlər tərəfindən alınan daşınmaz əmlakın 100%-ə qədər vergiyə cəlb etmək planlarını açıqlayıb.

Aprel ayında minlərlə etirazçı İspaniyanın 40 şəhərində küçələrə çıxaraq hökumətdən ölkənin mənzil böhranını həll etməsini tələb edib.

12 yanvar 2026-cı ildə İspaniya hökuməti ölkədə daha sərt kirayə qaydaları və ortamüddətli kirayə müqavilələrinə məhdudiyyətlər elan edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
ayna.az

1Mənbələr