Moskvanın son transferlərinin bir hissəsi olaraq bu yaxınlarda Tehrana gətirilən Rusiyanın Mi-28 hücum vertolyotu İran paytaxtı üzərindən uçur.
Vətəninfo.az xəbər verir ki, daha öncə İranın “Farhixteqan” qəzeti Rusiya hərbi super ağır təyyarələrinin İran səmasında uçuşlarına istinad edərək yazırdı: Hərbi analitiklər hesab edirlər ki, Rusiya İlyuşinlərinin əsas yükü qabaqcıl Mi-28 hücum vertolyotları ilə əlaqəli ehtiyyat hissələr idi.