
Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparmaq istəyir.
Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Lakin qeyd olunur ki, iki lider arasında danışıqların əlaqələndirilməsi və hazırlanması müəyyən vaxt aparacaq.
Vurğulanıb ki, Makron 3 fevralda Putinlə texniki səviyyədə təmaslar üçün hazırlıqların aparıldığını açıqlayıb. Onun sözlərinə görə, digər Avropa liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə də paralel məsləhətləşmələr aparılır.
İlahə Qənbərli
Missiya.Az