ABŞ prezidenti Donald Tramp İranın Ali Lideri Xameneinin ABŞ-İran danışıqlarının uğursuzluğa düçar olması fonunda çox narahat olduğunu bildirib.
Tramp İranın nüvə proqramı ilə bağlı danışarkən bunları deyib:
“Əgər yenidən cəhd etsələr, mən onlara açıq şəkildə deyirəm, biz onları geri göndərib işimizi yenidən görəcəyik.”
Xatırladaq ki, İran və ABŞ arasında planlaşdırılan danışıqlar uğursuz olub, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkov Yaxın Şərqi tərk edib və İran ordusu maksimum döyüş hazırlığı vəziyyətinə keçib.