ain.az bildirir, sport24.az saytına əsaslanaraq.
Ötən gecə yarımfinalda Fransanı 4:1 hesabı ilə məğlub edən Portuqaliya Futzal üzrə Avropa çempionatının finalına vəsiqə qazanıb. Sport24.az xəbər verir ki, portuqaliyalılar həlledici görüşdə Xorvatiyanı yenən İspaniya millisi ilə üz-üzə gələcək.
Portuqaliya ardıcıl üçüncü dəfə qitə çempionatının finalına yüksəlib. İspanlar isə onuncu dəfə Avropa çempionatının qızıl medalı uğrunda mübarizə aparacaq ki, bu da yarış iştirakçıları arasında bütün zamanların rekordudur.
Qeyd edək ki, İspaniya və Portuqaliya arasında final qarşılaşması fevralın 7-də keçiriləcək. Fransa və Xorvatiya isə eyni gündə bürünc medallar uğrunda qarşılaşacaqlar.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.