“Bu məsələyə Kubaya neft tədarükü təcrübəsinin davam edəcəyi nöqteyi-nəzərindən yanaşırıq”, - rusiyalı diplomat vurğulayıb.
![]() |
| Azadlıq Adası Vaşinqtona cavab verib |
Ağ Ev həmçinin Vaşinqtonun icazəsi olmadan Kubaya neft tədarük edən istənilən ölkəyə qarşı sanksiyalar tətbiq olunacağını bildirib.
ABŞ-nin hərəkətlərinə cavab olaraq Kuba Vaşinqtonun təhdidinə görə beynəlxalq fövqəladə vəziyyət elan edib. “Politico” nəşri mənbələrə istinadən yazıb ki, Tramp administrasiyası Kubaya neft idxalına tam blokada tətbiq etməyi düşünür.
Sahil İsgəndərov
AzVision.az
