AZ

Türkiyədə keçirilən narkotik əməliyyatları zamanı 123 şübhəli saxlanılıb

Türkiyədə keçirilən narkotik əməliyyatlarında 123 şübhəli saxlanılıb.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Məlumata görə, 131 İctimai Təhlükəsizlik Qrupu, 9 Jandarma Motorlu İctimai Təhlükəsizlik Qrupu, 6 Komando Qrupu, 574 jandarma personalı və 12 xüsusi təlim keçmiş narkotik aşkarlama itinin iştirak etdiyi bu əməliyyatlar 101 fərqli ünvanı hədəfə alıb və nəticədə 123 şübhəli həbs edilib.

Qeyd edək ki, əməliyyatlar zamanı ümumilikdə 465.000 narkotik həbi müsadirə edilib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
14
missiya.az

1Mənbələr