AZ

Məşhur investordan bitkoinin enişinə dair xəbərdarlıq: zəncirvari təsirlər yaradacaq

Məşhur investor Maykl Berri xəbərdarlıq edib ki, bitkoinin bir sıra mühüm səviyyələrdən aşağı düşməsi zəncirvari təsirlər yaradaraq kütləvi dəyər itkisinə səbəb ola bilər.

Banker.az xəbər verir ki, Berri bazar ertəsi “Substack”də dərc etdiyi yazıda bildirib ki, ilkin kriptovalyuta sırf spekulyativ aktiv kimi ifşa olunub və qiymətli metallar kimi pulun dəyərsizləşməsinə qarşı hedc aləti rolunu təsdiqləyə bilməyib. Bu, bitkoin tərəfdarlarının uzun müddətdir irəli sürdüyü — sabit təklifin onu qızıla bənzər alternativə çevirdiyi — arqumentinə ziddir.

Bu arada vacib bir faktı qeyd edək ki, hazırda bitkoinin dəyəri 70 dollara düşüb.

Berrinin şərhləri kriptovalyutanın bir neçə əsas həddi aşağı qırdığı vaxta təsadüf edib: həftəsonu ötən il tariflərlə bağlı təlatüm dövründən bəri ən aşağı səviyyəyə enib. Çərşənbə axşamı eniş davam edib, qiymət qısa müddətə 73 000 dollardan aşağı düşərək Donald Trampın 2024-cü ilin noyabrında yenidən seçilməsindən sonra əldə olunan qiymət qazancını tam şəkildə silib.

“İndi ürəkbulandıran ssenarilər əlçatan olub”, — deyə Berri yazıb və xəbərdarlıq edib ki, bitkoin daha 10% ucuzlaşarsa, ən aqressiv bitkoin xəzinə şirkətlərindən biri olan “Strategy Inc.” milyardlarla dollar zərərə düşəcək və kapital bazarları onun üçün faktiki olaraq bağlanacaq.

Rəqəmsal valyuta oktyabrın əvvəlində rekord həddə çatdıqdan sonra 40%-dən çox dəyər itirib. Analitiklər enişi bir neçə amilin üst-üstə düşməsi ilə izah edirlər: axınların yoxa çıxması, likvidliyin azalması və makro cazibənin zəifləməsi. Kripto yönlü bir sıra treyderlər də token sənayesindən soyuyaraq, proqnoz bazarlarının sürətlə inkişaf etdiyi hadisə mərclərinə yönəlirlər.

Bitkoin dolların zəifləməsi və ya geosiyasi risk kimi tipik drayverlərə reaksiya verə bilməyib; qızıl və gümüş isə qlobal gərginliklərin dolların dəyərsizləşməsi qorxularını gücləndirməsi fonunda rekordlara yüksəlib.

“Bitkoinin enişini ləngidəcək və ya dayandıracaq heç bir orqanik istifadə səbəbi yoxdur”, — deyə Berri bildirib.

Onun sözlərinə görə, korporativ xəzinələr tərəfindən qəbul və kripto ilə əlaqəli spot ETF-lərin yaranması qiyməti sonsuza qədər dəstəkləmək və ya kəskin eniş halında dağıdıcı nəticələrin qarşısını almaq üçün yetərli deyil. Berri qeyd edib ki, təxminən 200 şirkətin aktivində bitkoin var.

Bu, tələbi genişləndirsə də, “xəzinə aktivlərində daimi heç nə yoxdur”, — deyə o yazıb.

Xəzinə aktivləri bazar qiyməti ilə qiymətləndirilməli və maliyyə hesabatlarına daxil edilməlidir. Bitkoinin qiyməti enməyə davam edərsə, risk menecerləri şirkətlərə satış tövsiyə etməyə başlayacaqlar, — deyə Berri xəbərdarlıq edib.

O əlavə edib ki, spot ETF-lərin meydana çıxması bitkoinin spekulyativ xarakterini daha da alovlandırıb və eyni zamanda onu səhm bazarları ilə daha çox korrelyasiya edib. Berrinin yazdığına görə, bitkoinin “S&P 500” ilə korrelyasiyası son vaxtlar 0.50-yə yaxınlaşıb. Nəzəri olaraq, zərərli mövqelər artdıqca likvidasiyalar, yəni mövqelərdən çıxmalar aqressiv şəkildə işə düşəcək.

Bununla belə, Berri risklər barədə xəbərdarlıq etsə də, kriptonun miqyası hələ genişmiqyaslı yoluxma yaratmaq üçün kifayət qədər böyük deyil. Bitkoinin 1.5 trln. dollardan aşağı bazar dəyəri, ev təsərrüfatlarının məhdud iştirakı və korporativ qəbulun dar çərçivədə qalması istənilən sərvət effektinin məhdud qalacağını göstərir.

Bəzi göstəricilərə görə, rəqəmsal aktivlər üzrə xəzinə köpüyü artıq partlayıb. Pərakəndə leveric quruyub, “Terra”dan FTX-ə qədər əvvəlki çöküşlər isə ənənəvi bazarlara sirayət etməyib. Optimistlər indi tənzimləyici aydınlığı və ucuz qiymətləndirməni yeni sıçrayış üçün yanacaq kimi göstərirlər.

Lakin bitkoin müəyyən əsas səviyyələrdən aşağı düşməyə davam etdikcə, Berri bunun daha geniş bazarları da çirkləndirəcəyini düşünür. O, kriptovalyutadakı enişi qismən qızıl və gümüşün son çöküşündə günahlandırıb: korporativ xəzinədarlar və spekulyatorlar riski azaltmaq üçün tokenləşdirilmiş qızıl və gümüş fyuçerslərindəki mənfəətli mövqeləri satmağa məcbur olublar.

Berri bildirib ki, bu tokenləşdirilmiş metal fyuçersləri real fiziki metallarla təmin olunmur və fiziki metalların ticarətini üstələyərək “kolleteral ölüm spiralına” səbəb ola bilər.

“Görünür, ayın son günlərində kripto qiymətlərinin enməsi nəticəsində 1 mlrd. dollara qədər qiymətli metal likvidasiya edilib”, — deyə Berri yazıb. Onun sözlərinə görə, bitkoin 50 000 dollara düşərsə, maynerlər müflis olacaq, “tokenləşdirilmiş metal fyuçersləri isə alıcısı olmayan qara dəliyə çökəcək”.

Seçilən
36
banker.az

1Mənbələr