AZ

Azərbaycan WUF13 vasitəsilə qlobal urban gündəlikdə fəal tərəf kimi çıxış edir - AÇIQLAMA

Müasir dövrdə şəhərlər iqtisadi, sosial və ekoloji inkişafın əsas mərkəzləridir və bu baxımdan UN-Habitat tərəfindən təşkil olunan Ümumdünya Şəhərsalma Forumu qlobal urban gündəliyin formalaşmasında mühüm rol oynayır.

QHT.az xəbər verir ki, bu sözləri Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli bildirib. Onun sözlərinə görə, WUF13-ün Azərbaycanda keçirilməsi ölkədə həyata keçirilən “Böyük Qayıdış” prosesinin şəhərsalma və miqrasiya siyasəti ilə sıx bağlı olduğunu nümayiş etdirir və bu təcrübənin beynəlxalq aləmdə paylaşılması üçün mühüm platforma yaradır. Forum Azərbaycanın Şərq və Qərb arasında körpü rolunu gücləndirməklə urban problemlərin qlobal müstəvidə müzakirəsinə imkan verəcək:

"Hər kəs üçün yaşayış yerləri” mövzusu insan mərkəzli, inklüziv və dayanıqlı şəhər modellərini ön plana çıxararaq sosial ədalət və bərabər imkanlar anlayışını vurğulayır. WUF13-dən sonra formalaşacaq əməkdaşlıqlar və təşəbbüslər Azərbaycanın uzunmüddətli urban siyasətinə müsbət təsir göstərəcək və ölkənin gələcək şəhər baxışını dünyaya təqdim edəcək".

 

Pərvanə Fərhadqızı

Seçilən
78
qht.az

1Mənbələr