AZ

Tramp administrasiyası daha beş şəhərə miqrasiya polisi göndərməyi planlaşdırır

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının (ABŞ) federal hakimiyyət orqanlarıölkənin daha beş şəhərinə miqrasiya polisi sayılan ICE-nin (UnitedStates Immigration and Customs Enforcement) agentləriningöndərilməsi imkanını ciddi şəkildə nəzərdən keçirir.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald TrampAmerikanın "NBC" telekanalına müsahibəsində bildirib.

“Bizim çox ciddi şəkildə nəzərdən keçirdiyimiz beş şəhər var,lakin biz istəyirik ki, bizi ora dəvət etsinlər”, — deyən ABŞlideri konkret hansı şəhərlərdən söhbət getdiyini açıqlamayıb.

Tramp xatırladıb ki, Ağ Evə gəlişi ilə başladığı ABŞ-dənqeyri-qanuni miqrantların deportasiyası proqramı yalnız ağırcinayətlər törətmiş şəxslərə şamil olunur.

Onun sözlərinə görə, federal hakimiyyət orqanları tam şəkildəyalnız "həqiqətən təhlükəli cinayətkarlara” fokuslanıb —narkobaronları, cinsi zorakılıq törədən şəxsləri və banditlərisaxlayırlar.

Tramp qeyd edib ki, görülən tədbirlər nəticəsində minlərləcinayətkar tutulub.

Məqalədə:
Seçilən
28
az.trend.az

1Mənbələr