ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinin 2026-cı ilin sonuna yaxın Vaşinqtona səfər edərək Ağ Evdə görüşlər keçirəcəyinin gözlənildiyini bildirib.
Editor.az xəbər verir ki, Tramp bu barədə NBC News telekanalına verdiyi müsahibədə deyib.
Qeyd edək ki, Tramp bundan bir gün əvvəl Si Cinpinlə Rusiya–Ukrayna münaqişəsi, Tayvan və İran məsələlərinin müzakirə olunduğu “əla bir görüş” keçirdiyini bildirmişdi.
//Gülnarə Abasova, Editor.az