Böyük Britaniyanın Baş naziri Keir Starmer vəzifəsindən ayrıla bilər.
"Unikal" xəbər verir ki, ölkənin "The Spectator" qəzeti məlumat dərc edib.
Qeyd olunur ki, Britaniyanın Vaşinqtondakı keçmiş səfiri Peter Mandelsonun amerikalı maliyyəçi Ceffri Epşteyn ilə münasibətlərinə görə Starmer vəzifəsindən məhrum ola bilər.
Xatırladaq ki, Starmer Mandelsonu 2025-ci ilin fevral ayında ABŞ-yə səfir təyin etmişdi, lakin diplomat sentyabr ayında Epşteyn ilə əlaqələrinə görə işdən çıxarılmışdı.
Gülayə Mecid