AZ

Jobix lə işsizliyə son Xidmətlərinizi satın, gəlirinizi artırın

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İşsiz qalmaq, bacarığını gizlətmək və ya əlavə gəlir imkanlarını qaçırmaq dövrü bitir. Azərbaycanda bütün növ xidmətlərin elan edilə bildiyi yeni rəqəmsal platforma – Jobix – həm xidmət göstərənlər, həm də müştərilər üçün vahid və funksional həll təqdim edir.

Jobix fərdi şəxslərə və şirkətlərə öz bacarıqlarını real gəlirə çevirmək imkanı yaradan innovativ xidmət platformasıdır. Platformada istifadəçilər peşə və bacarıqlarını nümayiş etdirərək birbaşa müştəri tapa, sifariş qəbul edə və gəlirlərini artıra bilirlər.

Jobix nə təklif edir?

Hər növ xidmət üçün açıq platforma

Dizayn, proqramlaşdırma, tərcümə, təhsil, məsləhət, texniki xidmət və onlarla digər sahə üzrə xidmətlərinizi Jobix-də rahatlıqla elan etmək mümkündür.

Sadə və sürətli elan yerləşdirmə

Bir neçə addımda elan yaradılır: xidmətin təsviri, qiymət, əlaqə məlumatları və hazır. Vaxt itirmədən bazara çıxmaq istəyənlər üçün praktiki mexanizm qurulub.

Birbaşa müştəri–satıcı əlaqəsi

Jobix vasitəçi baryerlərini aradan qaldırır. Müştərilər birbaşa xidmət göstərən şəxslə əlaqə saxlayır, suallar verir, sifariş yaradır və rəy bildirir.

Təhlükəsiz və rahat istifadə

Platforma təhlükəsiz ödəniş mexanizmi və istifadəsi rahat idarəetmə paneli ilə təchiz olunub. Elanlar, sifarişlər və gəlir statistikası bir mərkəzdən idarə olunur.

Niyə məhz Jobix?

Bacarıqlarınızı real bazarda təqdim edirsiniz

Yeni müştərilərə çıxış əldə edirsiniz

Gəlirinizi artırmaq üçün əlavə kanala sahib olursunuz

Vaxt və resurs itkisi olmadan işləyirsiniz

Jobix klassik “iş axtarışı” anlayışını sıradan çıxarır. Burada iş sizi tapır. Əgər bacarığınız varsa, Jobix onu satışa çevirmək üçün lazımi infrastrukturu artıq qurub.

Jobix – xidmətlərinizi satmaq, gəlirinizi artırmaq və işsizliyə son vermək üçün yaradılmış rəqəmsal platformadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
qafqazinfo.az

1Mənbələr