AZ

Tayvan Çinin xəbərdarlığına baxmayaraq ABŞ-dən silah alımaqdan imtina etməyəcək

Lai Tsindı Vaşinqtonla hərbi əməkdaşlığın dəyişməyəcəyini və ABŞ-nin öhdəliklərinin qüvvədə qaldığını bildirib...

Tayvan ABŞ-dən silah tədarükünü davam etdirəcək və Çin Xalq Respublikasının sədri Si Cinpinin bu məsələ ilə bağlı Vaşinqtona ünvanladığı xəbərdarlıqlar adanın mövqeyinə təsir göstərməyəcək.

Poliqon xəbər verir ki, bu barədə Tayvan administrasiyasının rəhbəri Lai Tsindı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Tayvanla ABŞ arasındakı münasibətlər möhkəmdir və mövcud əməkdaşlıq mexanizmləri dəyişməz qalacaq.

“Tayvan–ABŞ münasibətləri qaya kimi möhkəmdir və bütün əməkdaşlıq proqramları davam edəcək, heç bir dəyişiklik olmayacaq”, deyə Lai Tsindı bildirib,

Tayvan lideri əlavə edib ki, Vaşinqtonun Tayvan qarşısında götürdüyü öhdəliklər qüvvədə qalır və tərəflər arasında əlaqə kanalları fəaliyyət göstərir.

Bu açıqlama Çin dövlət televiziyası CCTV-nin Si Tsinpinin sözlərini xatırlatmasından sonra səsləndirilib. Çin lideri ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı vurğulayıb ki, Tayvan məsələsi Çin–ABŞ münasibətlərində ən həssas və vacib mövzudur və ABŞ Tayvana silah satışına ehtiyatla yanaşmalıdır.

Qeyd edək ki, Vaşinqton rəsmi olaraq Tayvanı müstəqil dövlət kimi tanımır, lakin ada üçün əsas siyasi və hərbi tərəfdaş, eləcə də başlıca silah tədarükçüsüdür. 2025-ci ilin dekabr ayının ortalarında ABŞ Tayvana ümumi dəyəri 11,1 milyard dollar olan silah satışını təsdiqləyib. Daha əvvəl Lai Tsindı Tayvanın ABŞ-dən silah almaq məqsədilə əlavə 40 milyard dollarlıq hərbi büdcə formalaşdırdığını açıqlamışdı.

Onun sözlərinə görə, administrasiya 2026-cı ildə müdafiə xərclərini ÜDM-in 3 faizinə çatdırmağı, 2030-cu ilə qədər isə bu göstəricini 5 faizə yüksəltməyi planlaşdırır. Çinli hərbi ekspertlərin hesablamalarına görə, son illərdə ABŞ-nin Tayvana hərbi tədarüklərinin ümumi həcmi artıq 70 milyard dolları keçib.

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr