AZ

Həkim burunun duzlu məhlulla yuyulmasının təhlükəsi barədə xəbərdarlıq edib

Burunun duzlu məhlulla yuyulması hər zaman faydalı olmaya və bəzi hallarda vəziyyəti daha da ağırlaşdıra bilər. LOR həkimi Vladimir Zaytsev bildirib ki, bu üsul selikli qişanı qurudur və burun axıntısının əsas səbəbini aradan qaldırmır. AzPost Gazeta.ru-ya istinadla xəbər verir ki, mütəxəssis duzlu məhlulun virusları məhv etmədiyini xüsusi vurğulayıb.

Həkimin sözlərinə görə, burun boşluğunda müəyyən miqdarda sağlam selik olur və bu selik kirpikli epitel qatını örtərək onun normal işləməsini təmin edir. Həmin kirpikciklər hərəkət edərək seliyi və yad hissəcikləri burun boşluğundan kənarlaşdırır.

Vladimir Zaytsev qeyd edib ki, duz seliyi özünə çəkir, lakin bu proses burunda narahatlıq yaradır. Selikli qişanın həddindən artıq quruması isə burun boşluğunda iltihabın daha da artmasına səbəb olur.

Onun sözlərinə görə, selik maye və elastik olduqda, orqanizm onu özü asanlıqla xaric edə bilir. Lakin selik artıq qatılaşıb və çənə (Haymor) və ya xəlbirvari ciblərdən gəlirsə, onu ev şəraitində yumaq demək olar ki, mümkün olmur.

Həkim xəbərdarlıq edib ki, burun ciblərində toplanmış qatı seliyi müstəqil şəkildə yumağa çalışmaq təhlükəlidir və ciddi fəsadlara, o cümlədən sinusit və haymoritin inkişafına gətirib çıxara bilər. Bu səbəbdən uzunmüddətli və ağır burun axıntısı zamanı mütləq həkimə müraciət etmək tövsiyə olunur.

AzPost.az

Seçilən
16
1
azpost.info

2Mənbələr