Dünən start götürən Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində bu gün daha 2 oyun keçiriləcək.
Fanat.Az xəbər verir ki, günün ilk oyunu Şamaxıda baş tutacaq.
Meydan sahibləri çempion "Qarabağ"ı qonaq edəcək. Saat 14:30-da start götürəcək görüşün start fitini Kamranbəy Rəhimov səsləndirəcək.
Mərhələnin ilk oyunlarına Bakıda yekun vurulacaq. Qərb bölgəsinin komandaları - "Turan Tovuz" ilə "Kəpəz" "Azərsun Arena"da üz-üzə gələcəklər. Əli Əliyevin idarə edəcəyi derbi saat 19:00-da başlayacaq.
Qeyd edək ki, dünən keçirilən görüşlərdə ("Sabah" - "Qəbələ" və "Sumqayıt" - "Zirə) qalib müəyyənləşməyib.
Bizon Azərbaycan Kuboku
1/4 final, ilk oyun
5 fevral
14:30. "Şamaxı" – "Qarabağ"
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov.
VAR: Rauf Cabarov, Emin Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu.
19:00. "Turan Tovuz" – "Kəpəz"
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə, Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
"Azərsun Arena"