AZ

Rusiyada doğuldu, Azercell də işə başladı, hazırda SOCAR da vitse prezidentdir DOSYE

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

Azərbaycanda yüksək vəzifə tutan,idarəçilikdə iştirak edən kifayət qədər uğurlu xanımlar var.

Onlar müxtəlif idaərlərdə,təşkilatlarda mühüm postları tuturlar.SOCAR-da mühüm vəzifə sahibi olan Ziba Mustafayeva kimdir?Bizim.Media “Oxu24.com”a istinadla xəbər verir ki, Mustafayeva Ziba Tacəddin qızı 09 dekabr 1979-cu ildə Rusiya Federasiyasının Tula şəhərində anadan olub.1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olaraq, 2001-ci ildə bakalavriat səviyyəsini fərqlənmə ilə, 2003-cü ildə isə magistratura səviyyəsini bitirib.1998-1999-cu illərdə ABŞ səfirliyinin “FSA” adlı proqramının müsabiqəsini uğurla keçərək ABŞ-ın “University of Alabama in Hunstville” Universitetində Ümumi iqtisadiyyat üzrə təhsil alıb.Əmək fəaliyyətinə 2000-ci ildə “Azercell Telekom” MMC-də başlayıb. 2000-ci ilin yanvar ayından Müştəri xidmətləri şöbəsində kiçik təmsilçi, həmin ilin noyabr ayından Telemarketinq qrupunun rəhbəri vəzifəsində işləyib. 2001-2004-cü illərdə Müştərilərlə əlaqələr şöbəsinin Telefon əlaqə mərkəzinin qrup rəhbəri vəzifəsində çalışıb. 2004-2006-cı illərdə İnsan qaynaqları departamentinə Şöbələrin idarəedilməsi və daxili ünsiyyət bölümünün təmsilçisi, 2006-2008-ci illərdə İşəqəbul və şöbələrin idarəedilməsi bölümünün rəhbəri, 2008-2010-cu illərdə Təşkilati inkişaf bölümünün rəhbəri vəzifələrində işləyib. 30 iyul 2010-cu ildən etibarən İnsan qaynaqları şöbəsinin rəhbəri, həmin ilin dekabr ayından isə departamentin direktoru vəzifəsində, 01 iyul 2019 – 14 fevral 2022-ci il tarixlərində İnsan kapitalının idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb.2022-ci ilin mart ayından SOCAR–ın birinci vitse-prezidentinin müşaviri vəzifəsində, eyni ilin iyul ayından etibarən isə SOCAR–ın prezidentinin müşaviri vəzifəsində çalışıb.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.Bizim.Media  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
1
bizim.media

10Mənbələr