AZ

"Microsoft"un qurucusu Epşteynlə əlaqələrinə görəPEŞMANDIR

"Microsoft"un qurucusu Bill Qeyts maliyyəçi və uşaq istismarı qalmaqalı ilə tanınan Ceffri Epşteynlə əlaqələrinə görə peşman olduğunu bildirib. O, Epşteynlə vaxt keçirdiyi hər dəqiqəyə görə təəssüfləndiyini deyib.

Redaktor.az xəbər verir ki, Qeyts Avstraliyanın 9News kanalına müsahibəsində Epşteynin onun barəsində yazdığı iddiaları “tamamilə yalan” adlandırıb.

Söhbət Epşteynin guya Qeytsin həyat yoldaşından gizlətdiyi xəstəliklə bağlı iddialarından gedir. Qeyts bu iddiaların əsassız olduğunu bildirib.

Bill Qeyts deyib ki, Epşteynlə 2011-ci ildə tanış olub və bir neçə dəfə elmi layihələrə investisiya mövzusunda görüşüb. O, Epşteynin Karib dənizindəki məşhur adasına heç vaxt getmədiyini və heç bir qadınla münasibətdə olmadığını vurğulayıb.

Aytəkin TOFİQQIZI

Seçilən
80
1
redaktor.az

2Mənbələr