AZ

Yer üzündə yalnız bir zəhərli primat mövcuddur

Alimlərin fikrincə, sevimli görünüşünə baxmayaraq, yavaş lori təhlükəli zəhərə malik nadir məməlilər sırasına daxildir...

Primatlar, o cümlədən insanlar adətən məqsədlərinə çatmaq üçün zəhərə deyil, ağıl və fiziki gücün birləşməsinə güvənirlər. Lakin alimlərin bildirdiyinə görə, bu qaydanın maraqlı bir istisnası var: dünyada elmə məlum olan yeganə zəhərli primat var və yavaş loridir.

Poliqon xəbər verir ki, Bu barədə IFLScience jurnalı yazır.

Məlumata görə, yavaş lori (Nycticebus cinsi) elmə məlum olan yeganə zəhərli primatdır və bu xüsusiyyətinə görə ornitorinq, bəzi yerşumruqları, Avropa köstəbəyi və bir neçə digər nadir növlə birlikdə zəhərli məməlilərin olduqca məhdud “elit klubu”na daxildir.

Tədqiqatçıların sözlərinə görə, yavaş lorilər Cənub-Şərqi Asiyanın meşəlik ərazilərində, əsasən ağaclarda yaşayan bir neçə növdən ibarət cinsə aiddir. Onlar əsasən gecə həyat tərzi sürür, iri gözlərindən istifadə edərək qaranlıqda həşəratları və digər kiçik heyvanları ovlayırlar. Növdən asılı olaraq bədən uzunluqları adətən 20–38 santimetr arasında dəyişir.

Yavaş lorilər son dərəcə sevimli görünüşə malik olsalar da, təhlükə hiss etdikdə və ya əraziləri pozulduqda kifayət qədər aqressiv ola bilirlər. Belə hallarda onlar rəqiblərinə zəhərli dişləmə endirə bilirlər.

Araşdırmalar göstərir ki, hücumdan əvvəl bu kiçik primatlar qoltuqaltı nahiyələrini yalayaraq braxial vəzilərindən ifraz olunan yağlı maddəni ağız boşluğuna ötürürlər. Bu kimyəvi maddə tüpürcəklə qarışdıqdan sonra güclü zəhərə çevrilir və dişlərin, xüsusilə də iti köpək dişlərinin üzərindəki xırda kanalları doldurur. Ardınca yavaş lori kifayət qədər güclü dişləmə ilə bu zəhəri qarşı tərəfə yeridir və bu dişləmə hətta sümüyü belə zədələyə bilir.

Maraqlıdır ki, yavaş lorilər zəhəri təkcə yırtıcılara və ovlarına qarşı deyil, həm də öz növünün nümayəndələrinə qarşı istifadə edirlər. 2020-ci ildə aparılmış tədqiqat zamanı alimlər 82 Yava yavaş lorisini tutaraq müşahidə ediblər və onların təxminən 20 faizinin digər lorilər tərəfindən yetirilmiş təzə yaralara malik olduğu müəyyən olunub. Zəhərin növdaxili rəqabətdə bu cür istifadəsi heyvanlar aləmində son dərəcə nadir hal hesab olunur, çünki əksər canlılar zəhəri əsasən başqa növlərə qarşı hücum və ya müdafiə məqsədilə istifadə edir.

Tədqiqatın aparıcı müəllifi Anna Nekarisin sözlərinə görə, yavaş lorilər zəhərlərini digər növlərə, o cümlədən insanlara qarşı da istifadə edə bilirlər. Onların dişləməsi olduqca ağrılı ola bilər, yaralar isə uzun müddət sağalmır və asanlıqla infeksiyalaşır. Bundan əlavə, vaxtında müalicə olunmadıqda dişləmə sinir zədələnməsinə və ciddi dəri fəsadlarına səbəb ola bilər. Daha təhlükəlisi isə odur ki, yavaş lorinin zəhəri anafilaktik şok yarada bildiyindən, nadir hallarda insan həyatı üçün də ölümcül ola bilər.

Poliqon.info

Seçilən
31
poliqon.info

1Mənbələr