“Qalatasaray” növbəti transferini reallaşdırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Sarı-qırmızılılar” Portuqaliyanın “Kasa Pia” komandasında çıxış edən Renato Nheqanı heyətinə cəlb edib.
18 yaşlı yarımmüdafiəçi ilə 4,5 illik müqavilə imzalanıb. Bu keçid üçün qarşı tərəfə 6,5 milyon avro ödənilməsi nəzərdə tutulub.