AZ

Yaponiyada güclü qar yağması səbəbindən ölənlərin sayı artır

Yaponiyada güclü qar yağması səbəbindən ölənlərin sayı artır

Yanvarın 20-dən etibarən Yaponiyanın şimalında və Yaponiya dənizi sahillərində tüğyan edən şiddətli qar yağışı nəticəsində həyatını itirənlərin sayı 38 nəfərə çatıb.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu rəqəmlər Yaponiyanın Yanğın və Fəlakətlərin İdarə Edilməsi Agentliyinin rəsmi statistikasına əsaslanır.

Ölənlər arasında damlardakı qarları təmizləyərkən yıxılanlar, həmçinin yolların və cığırların qardan təmizlənməsi zamanı səhhəti qəfildən pisləşənlər çoxluq təşkil edir. Ən çox itki Niiqata (14 nəfər), Akita (7 nəfər) və Yamaqata (5 nəfər) prefekturalarında qeydə alınıb. Bundan əlavə, Hokkaydo və Aomoridə hər birində 4 nəfər, Naqano, Şimane, İvate və Kyotoda isə daha bir neçə ölüm hadisəsi baş verib.

Qar yağışının fəsadları nəticəsində ümumilikdə 413 nəfər xəsarət alıb ki, onlardan da 142-nin vəziyyəti ağır qiymətləndirilir.

Cari qış mövsümünün əvvəlindən bəri Yaponiyada qar yağışı və şaxtalı hava şəraiti ilə bağlı ölənlərin ümumi sayı isə artıq 61 nəfərə çatıb. Son həftələr ərzində xüsusilə Niiqata, Hokkaydo, Akita və Yamaqata prefekturalarında rekord miqdarda qar yağıb. Çətin vəziyyətlə əlaqədar bir çox bölgədə qarın təmizlənməsi və əhaliyə yardım göstərilməsi üçün ordu bölmələri cəlb edilib.

Seçilən
20
afn.az

1Mənbələr