AZ

Tramp diskombobulyator adlı silah barədə detalları açıqlayıb

ABŞ prezidenti bu silahın Venesuela əməliyyatı zamanı qarşı tərəfin texniki vasitələrini sıradan çıxardığını bildirib...

Poliqon xəbər verir ki, prezident Donald Tramp Venesuela prezidenti Nikolas Maduronun oğurlanması ilə bağlı əməliyyat zamanı ABŞ hərbçilərinin “diskombobulyator” adlandırılan silahdan istifadə etdiyini açıqlayıb. Onun sözlərinə görə, bu silah qarşı tərəfin texniki qurğularını tamamilə fəaliyyətsiz hala gətirib.

“Bilirsinizmi, o diskombobulyator nə edir? Onların heç bir qurğusu işləmirdi, bax, etdiyi budur. Bu ad mənim uydurduğum addır və mən bu adla çox fəxr edirəm”, deyə Tramp NBC News telekanalına müsahibəsində bildirib.

Qeyd olunur ki, bu sirli silah barədə ilk məlumat ABŞ prezidentinin New York Post qəzetinə verdiyi müsahibədən sonra yayılıb. O zaman Tramp Venesuelada keçirilən əməliyyat zamanı istifadə olunan silah haqqında danışmasına icazə verilmədiyini bildirsə də, onu “diskombobulyator” adlandırıb. Termin ingilis dilində “discombobulate” sözündən yaranıb və “dezorganizə etmək, çaşdırmaq” mənasını verir.

Telekanalın məlumatına görə, bu silahın təsiri güclü səs və ya partlayış dalğasına bənzəyir. Əməliyyatın adının açıqlanmasını istəməyən şahidi silahın təsirini “sanki başın içəridən partlaması” kimi təsvir edib. İddia olunur ki, silahdan istifadə edildikdən sonra Nikolas Maduronun mühafizəçiləri texniki vasitələrin sıradan çıxması fonunda diz çöküb, burunlarından qan gəlib və qanlı qusma halları müşahidə olunub.

Məqalədə vurğulanır ki, sözügedən silahın texniki xüsusiyyətləri və rəsmi statusu barədə ABŞ rəsmiləri hələlik əlavə açıqlama verməyiblər. Ekspertlər isə bu təsvirlərin elektromaqnit impulsu, güclü akustik silah və ya hələ açıqlanmayan yeni nəsil qeyri-öldürücü texnologiya ilə bağlı ola biləcəyini istisna etmirlər.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr