AZ

Putinin strategiyası işə yaramır İki böyük uğursuzluq

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya rəhbəri Vladimir Putinin Ukraynanın mülki əhalisinə qarşı həyata keçirdiyi “qış terroru” işə yaramır, cəbhədə isə Rusiya hücumu əsasən dalana dirənib.

Axar.az xəbər verir ki, bu fikri Almaniyanın “Bild” nəşrinin hərbi analitiki Yulian Röpke bildirib.

Onun sözlərinə görə, bu qış Putin nəhayət ki, uzunmüddətli məqsədini qismən də olsa reallaşdıra bilib – Ukraynalıların hamısını “qaranlığa və soyuğa qərq etmək” və bununla da onları kapitulyasiyaya məcbur etməyə ümid edib. Rusiya raket və “terrorçu dronların” istehsalını artırdığı bir vaxtda, Ukrayna isə demək olar ki, bütün HHM raket ehtiyatlarını tükədib.

“Buna baxmayaraq, Putinin strategiyası işə yaramır. Milyonlarla insana qarşı gündəlik terrora rəğmən, ukraynalıların əksəriyyəti möhkəm dayanır və Rusiyanın istədiyi kimi öz hökumətindən cəbhədə kapitulyasiya və Donbasdan imtina tələb etmir”, – deyə Röpke vurğulayıb.

Analitik qeyd edir ki, Rusiya hər gün Ukrayna dronları, soyuq və aclıq səbəbindən yüzlərlə əsgər itirir. Nəticədə isə son iki həftə ərzində Rusiya ordusu Zaporojye vilayətində yalnız üç kiçik kəndi ələ keçirə bilib. Eyni zamanda Donbasda cəbhə nisbətən sabit qalır, Xarkov istiqamətində isə Rusiya Baş Qərargahı ümumiyyətlə şəhər və kəndlərin guya ələ keçirilməsi barədə uydurma məlumatlar yaymağa başlayıb.

“Ümumilikdə, müharibənin dördüncü ilinin sonuna doğru Rusiya hücumu əsasən iflasa uğrayıb: mülki əhaliyə qarşı kütləvi terrora, şaxtalara baxmayaraq və Ukraynanın effektiv müdafiəsi sayəsində. Rusiya nə qədər amansız davransa da, Putin Ukraynanın müqavimət iradəsini və cəbhə xəttini yara bilmir”, - Röpke qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
axar.az

1Mənbələr