AZ

BOK Qış Olimpiya Oyunlarının tarixinin dəyişdirilməsini müzakirə edir

Bakı. Trend:

Beynəlxalq Olimpiya Komitəsi (BOK) qlobal istiləşmənin təsirifonunda Qış Olimpiya Oyunlarının təxirə salınması və keçirilmətarixlərinin dəyişdirilməsi imkanlarını araşdırır.

Trend xəbər verirki, bu barədə “Associated Press” BOK Komissiyasının sədri KarlŞtossun açıqlamasına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Qış Olimpiya Oyunlarının daha erkən —yanvar ayında keçirilməsi variantı da müzakirə olunur.

“Yəqin ki, biz Qış Olimpiya Oyunlarının bir qədər tez, yanvarayında keçirilməsini də nəzərdən keçirəcəyik. Bu məsələninParalimpiya Oyunlarına da təsiri var”, — deyə Karl Ştossbildirib.

O qeyd edib ki, hazırda 6–15 mart tarixlərində Milan və Kortinad’Ampezzoda keçirilməsi planlaşdırılan Paralimpiya Oyunları çox gecvaxta təsadüf edir, çünki həmin dövrdə hava şəraiti qarın əriməsinəsəbəb ola bilər. Bu baxımdan, əsas Olimpiya Oyunlarının yanvarayında, Paralimpiya Oyunlarının isə fevral ayında keçirilməsininəzərdə tutan alternativ plan müzakirə edilir.

Xatırladaq ki, Qış Olimpiya Oyunlarının 6–22 fevral tarixlərindəİtaliyanın Milan və Kortina d’Ampezzo şəhərlərində keçirilməsiplanlaşdırılırdı.

Seçilən
44
az.trend.az

1Mənbələr