Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoq mövzusuna diqqət ayırması xüsusi əhəmiyyət daşıyır.
Bunu "Far.Az"un ABŞ bürosuna açıqlamasında ABŞ bürosuna açıqlamasında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycanın ev sahibliyi ilə mədəniyyətlər və dinlərarası dialoq mövzusunda keçirilən yüksək səviyyəli paneldə iştirak edən BMT Baş katibinin köməkçisi və "UN Women"in icraçı direktorunun müavini Nyaradzayi Gumbonzvanda deyib.
N. Gumbonzvanda mövzunun aktuallığını xüsusilə vurğulayıb:
"Bu həftə Ümumdünya Dinlərarası Harmoniya Həftəsidir və belə bir həftədə Azərbaycanın ev sahibliyi ilə mədəniyyətlər və dinlərarası dialoq mövzusunda keçirilən panel çox vacib görüş oldu. Azərbaycanın BMT və Esseks Universiteti ilə birlikdə bu mövzuya diqqət ayıraraq belə bir tədbirə ev sahibliyi etməsi xüsusi əhəmiyyət daşıyır. Bizim üçün qadınlar və gənclərlə bağlı məsələlərə güclü vurğu edilməsini görmək çox müsbət idi".
BMT Baş katibinin köməkçisi qeyd edib ki, panel sayəsində sosial həmrəyliyin məhz icmalar daxilində aparılan dialoqdan başladığını bir daha şahidi olub:
"Biz bu istiqamətdə işə sadiqik, çünki qadınlar və gənclərlə icma səviyyəsində aparılan dialoq münaqişələrin qarşısının alınmasının bir hissəsidir. Sosial birliyi və sülhü də məhz bu yolla qururuq".