“Barselona”nın prezidenti Joan Laporta təmir olunmuş “Kamp Nou” ilə bağlı gözləntilərini ifadə edib.
İdman.Biz-in məlumatına görə, arenanın yenidən qurulmasına 2023-cü ildə başlanılıb və hələ tamamlanmayıb. Stadion noyabr ayından bəri oyunlara ev sahibliyi edir.
“Biz inanılmaz dərəcədə qürur duyuruq. Bu, Avropanın ən yaxşı və ən böyük stadionu olacaq. O, təxminən 105.000 nəfər üçün nəzərdə tutulub. Rahat, təhlükəsiz və kommersiya baxımından cəlbedicidir. Biz istəyirik ki, burada əsas finallar keçirilsin. 2029-cu il Çempionlar Liqası finalının “Kamp Nou”da keçirilməsini çox istərdik. Həmin vaxtadək arena tamamlanacaq və əsl hədiyyə olacaq. 2030-cu il dünya çempionatı finalına orada ev sahibliyi etmək əla olardı. Bu, dünyanın ən yaxşı stadionu olacaq” - Sport.es Laportanın sözlərini sitat gətirib.