AZ

Olimpiada öncəsi onların norovirus testi müsbət çıxdı: Bütün tədbirlər ləğv edildi

Olimpiya turniri başlamazdan əvvəl Finlandiyanın xokkey yığmasının dörd üzvünün norovirus testi müsbət çıxıb.

Publika.az xəbər verir ki, “İltalehti”nin verdiyi məlumata görə, çərşənbə günü Finlandiya milli komandasının iştirak etdiyi bütün tədbirlər, o cümlədən məşq və mətbuat konfransları ləğv edilib.

Komandanın baş həkimi Maarit Valtonen bildirib ki, xəstələr və onların otaq yoldaşları Olimpiya Kəndindəki otaqlarında təcrid olunublar və xəstəliyin yayılmasının qarşısını almaq üçün oradakı və buz meydançasındakı bütün komanda obyektləri dezinfeksiya edilir. Hələlik bütün təmaslardan çəkinilir.

Seçilən
62
publika.az

1Mənbələr