AZ

Fərid Cəfərov: Azərbaycan beynəlxalq təşəbbüslərin müəllifi kimi tanınır

Azərbaycan regionda həm beynəlxalq tədbirlərə ev sahibliyi edən güclü dövlət, həm də faydalı və aparıcı beynəlxalq təşəbbüslərin müəllifi kimi tanınır.

Bunu "Report"un ABŞ bürosuna açıqlamasında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycanın ev sahibliyi ilə mədəniyyətlər və dinlərarası dialoq mövzusunda keçirilən yüksək səviyyəli paneldə iştirak edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.

Nazir müavini bildirib ki, müxtəlif mədəniyyət və dinlər arasında körpülər qurmağa xidmət edən "Bakı Prosesi" artıq regional təşəbbüsdən qlobal çağırışa çevrilib.

F. Cəfərov BMT-də Azərbaycana olan böyük diqqətdən də danışıb:

"Bu, əslində, gözlənilən idi. Ölkəmiz artıq uzun illərdir böyük beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycanın dünyanın ən böyük beynəlxalq tədbirlərindən biri olan COP29-a, eləcə də Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsi ölkəmizin həm regionda beynəlxalq tədbirlərə ev sahibliyi edən dövlət, həm də faydalı və aparıcı beynəlxalq təşəbbüslərin müəllifi və təşviqçisi kimi tanınmasını daha da gücləndirib. Buna görə də bu cür tədbirlər və təqdimatlar beynəlxalq təşkilatlarla tərəfdaşlıq çərçivəsində onların mənzil-qərargahlarında keçirilir".

Nazir müavininin sözlərinə görə, səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın təcrübəsi və BMT ilə müxtəlif sahələrdə geniş və uğurlu əməkdaşlıq xüsusi vurğulanıb.

"Təbii ki, irəli sürülən təklif və şərhlər "Bakı Prosesi"nin aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişafına töhfə verəcək", - o qeyd edib.

Seçilən
25
far.az

1Mənbələr