“İsrail təyyarələri Livanın cənubuna çoxlu miqdarda zəhərli maddələr püskürür, bitki örtüyünü məhv edir və insan sağlamlığına mənfi təsir göstərir”.
APA xəbər verir ki, bunu "Asharq Al Awsat"a verdiyi müsahibədə kənd təsərrüfatı naziri Nizar Hani bildirib.
"Təhlükəli kimyəvi maddələrin intensiv istifadəsi torpağı yaxın gələcəkdə becərilməsi üçün yararsız hala salmaq və bununla da sakinlərin cənub bölgələrinə qayıtmasının qarşısını almaq məqsədi daşıyır", - o deyib.
Nazir bildirib ki, laboratoriya testləri püskürdülən maddənin qlifosata bənzər selektiv olmayan herbisid olduğunu göstərib.