AZ

Tramp Xamenei barədə: “Çox ciddi narahat olmalıdır”

BAKI, 5 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın ali dini lideri Əli Xameneinin “çox ciddi narahat olmalı” olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Tramp bunu "NBC News" telekanalına müsahibəsində müvafiq suala cavab verərkən deyib: “Deyərdim ki, bəli, o, çox ciddi şəkildə narahat olmalıdır. Bildiyiniz kimi, onlar bizimlə danışıqlar aparırlar”.

ABŞ Prezidenti qeyd edib ki, Yaxın Şərqdə sülh istərdi. Bununla yanaşı, o, Tehranın nüvə proqramını bərpa etmək qərarına gələcəyi təqdirdə Vaşinqtonun “çox pis addımlar atacağı” ilə hədələyib.

“ABŞ gəldi və onların nüvə proqramını məhv etdi. Əgər biz bunu etməsəydik, Yaxın Şərqdə sülh olmazdı”, – deyə Tramp vurğulayıb.

Seçilən
27
1
teleqraf.com

2Mənbələr