AZ

Nigeriyada silahlı hücumda 20 nəfər ölüb

ain.az, 525.az saytına istinadən bildirir.

Nigeriyanın Katsina əyalətində quldur dəstələri tərəfindən silahlı hücum həyata keçirilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Faskari Yerli İdarəetmə Bölgəsinin rəhbəri Surajo Aliyu Daudava bildirib.

O qeyd edib ki, silahlı dəstə üzvlərinin Katsina əyalətinin Faskari şəhərinin Doma bölgəsində həyata keçirdikləri hücum nəticəsində iyirmi nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

O əlavə edib ki, hücum zamanı çoxlu ev və maşın külə dönüb.

Xatırladaq ki, keçən ay Nigeriyanın Katsina əyalət hökuməti təhlükəsizlik problemlərinə son qoymaq üçün silahlı banda qrupları ilə razılığa gəlib. Razılaşma çərçivəsində əvvəllər ordu tərəfindən əsir götürülən 70 dəstə üzvü azad edilib.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
525.az

1Mənbələr