“Valensiya” və “Atletik Bilbao” arasında keçirilən İspaniya Kral Kuboku mövsümünün 1/4 final matçı başa çatıb.
İdman.Biz xəbər verir ki, oyun Valensiyadakı “Mestalya” stadionunda oynanılıb. Oyunun baş hakimi Viktor Qarsiya Verdura olub. Matç qonaqların xeyrinə 2:1 hesabı ilə başa çatıb.
Hesab matçın 26-cı dəqiqəsində açılıb. “Valensiya”nın hücumçusu Umar Sadiq topu öz qapısına vurub. 35-ci dəqiqədə Sadiq artıq “Atletik”in qapısına qol vuraraq hesabı bərabərləşdirib. Qələbə qolunu 90+6-cı dəqiqədə qonaq yarımmüdafiəçi İnaki Uilyams vurub.
İspaniya Kubokunun 1/8 final mərhələsində “Valensiya” İspaniyanın ikinci divizion klubu “Burqos” (2:0) üzərində qələbə qazanıb. “Atletik” həmçinin İspaniyanın ikinci divizionundan olan “Kultural Leonesa” klubunu da əlavə vaxtda 4:3 hesabı ilə məğlub edib.
“Barselona” hazırkı Kral Kubokunun sahibidir. 26 aprel 2025-ci ildə keçirilən finalda Kataloniya klubu əlavə vaxtda “Real Madrid”i 3:2 hesabı ilə məğlub edib.