Voleybol üzrə Azərbaycan çempionatında kişilərin mübarizəsində növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, Yüksək Liqanın 12-ci turu çərçivəsində iki görüş keçirilib.
FHN-nin idman zalında ilk olaraq "Neftçi" və "Murov Az Terminal" klubları üz-üzə gəliblər. Oyun "Neftçi"nin quru hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər matçı "ORDU" və "Xilasedici" komandaları arasında olub. Bu qarşılaşmada "Xilasedici" 3:0 hesabı ilə qələbə qazanıb.
Yüksək Liqa
4 fevral
Yüksək Liqa (kişilər) | XII tur
“Neftçi” - “Murov Az Terminal” 3:0 (25:21, 25:22, 25:21)
“ORDU” - “Xilasedici” 0:3 (24:26, 17:25, 17:25)