"Əl-Hilal" klubunun baş icraçı direktoru Esteve Calzada Vini Juniorla bağlı maraqlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, onlar bildirib ki, hazırda klub olaraq braziliyalı ulduzla bağlı heç bir danışıqlar aparılmır:

“Vinisius Junior? Bizim tərəfimizdən heç bir söhbət yoxdur. Amma Səudiyyə Liqasının rəhbəri hər dəfə soruşanda deyir ki, əgər mümkün olsa, onu gətirməyə çalışacaq.”

Bu açıqlama göstərir ki, Vini Juniorun Səudiyyə Ərəbistanına keçidi üçün rəsmi addımlar hələ atılmayıb, lakin liqa səviyyəsində maraq var.