AZ

Onlara yüksək vəzifə verildi - FOTOLAR

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərə yeni direktorlar təyin olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, Göygöl rayonu Ramiz Əsgərov adına Qırıqlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə Təranə Elman qızı Cəbrayılova təyin edilib.

Gəncə şəhəri inteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru vəzifəsinə Nail Bahadur oğlu İmranov, Daşkəsən rayonu Gündüz İsmayılov adına Aşağı Daşkəsən kənd tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə isə Duman Raquf oğlu Bayramov təyin edilib.


Telegram kanalımız
Seçilən
27
yenisabah.az

1Mənbələr