AZ

Umerov Əbu-Dabidəki danışıqları məhsuldar adlandırıb

BAKI, 5 fevral. TELEQRAF

Ukrayna münaqişəsinin nizamlanması üzrə Əbu-Dabidə keçirilən danışıqlar konkret addımlar və praktiki həll yollarına fokuslanıb.

Teleqraf xəbər verir ki,bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov fevralın 4-də Əbu-Dabidə Rusiya ilə keçirilən danışıqları şərh edərkən deyib.

O bildirib ki, müzakirələr konkret addımlara və praktiki qərarların hazırlanmasına yönəlib.

Onun sözlərinə görə, hazırda Ukrayna nümayəndə heyəti danışıqların nəticələri ilə bağlı Prezident Volodimir Zelenskiyə təqdim olunacaq məruzəni hazırlayır.

Seçilən
50
teleqraf.com

1Mənbələr