525.az saytından alınan məlumata görə, ain.az bildirir.
İtaliyanın cənubunda dayverlər dənizin dibində Roma imperiyası dövrünə aid gəmi qalıqları aşkarlayıblar.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qalıqlar arasında bir neçə sınmamış amfora da (saxsı qab) var imiş.
Əslində, tapıntı ötən ilin yayında gerçəkləşib. Lakin yerli polis qarətçilərdən ehtiyatlanaraq məlumatı məxfi saxlayıb.
Araşdırmalar zamanı məlum olub ki, gəmi 4-cü əsrdə qəzaya uğrayıb. Böyük ehtimalla Şimali Afrikadan İtaliyaya yük daşıyırmış. Bunu tapılan amforalara görə demək olar.
Yeri gəlmişkən, amforalardakı məhsulun adı da bəllidir. Bu, balıqdan hazırlanmış və o dövrlər populyar olan qarumdur (latınca - garum).
L.Tağıyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.