BAKI, 5 fevral. TELEQRAF
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Nensi Meys Bill Qeytsin Ceffri Epşteynlə münasibətləri barədə and altında ifadə verməsi üçün Konqresə çağırılmasını təklif edib.
Teleqraf xəbər verir ki, Meys bu çağırışı "X" sosial şəbəkəsində paylaşım edib.
O, Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinin Bill Qeytsi and altında dindirməli olduğunu bildirib. Onun sözlərinə görə, əgər ittihamlar əsassızdırsa, Qeyts bunu Konqresdə açıq şəkildə deməkdə heç bir problem yaşamamalıdır.
“Heç kim qanundan üstün deyil. Nə milyarderlər, nə də hakimiyyət sahibləri”, - deyə konqresmen vurğulayıb.
Nensi Meys, həmçinin, komitənin sədri Ceyms Komerə məktub göndərərək Bill Qeytsin rəsmi çağırış vərəqi ilə Konqresə dəvət olunmasını təklif edib.