AZ

Dondurulmuş qidaları necə istifadə etmək lazımdır?

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Mütəxəssislər xəbərdarlıq edir ki, dondurulmuş qidaların tez-tez və düzgün olmayan şəkildə istifadəsi sağlamlıq üçün müəyyən risklər yarada bilər. Xüsusilə tərkibində çoxlu duz, şəkər və konservant olan dondurulmuş yarımfabrikatlar ürək-damar xəstəlikləri, yüksək təzyiq və maddələr mübadiləsinin pozulması ilə əlaqələndirilir.

Milli.Az xəbər verir ki, qidalanma üzrə ekspertlərin sözlərinə görə, dondurulma prosesi bəzi məhsullarda vitamin və mineralların azalmasına səbəb olur. Bu da uzun müddət belə qidalarla qidalanan insanlarda immun sisteminin zəifləməsinə gətirib çıxara bilər. Digər tərəfdən, dondurulmuş məhsulların düzgün temperaturda saxlanmaması bakteriyaların çoxalması riskini artırır.

Həkimlər bildirir ki, xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan şəxslər bu cür qidalardan istifadə edərkən daha diqqətli olmalıdırlar. Mütəxəssislər tövsiyə edir ki, dondurulmuş məhsullar alınarkən etiket məlumatlarına diqqət yetirilsin, saxlanma qaydalarına əməl edilsin və mümkün qədər təzə qidalara üstünlük verilsin.

Qeyd edək ki, düzgün seçilmiş və qaydalara uyğun saxlanılan dondurulmuş qidalar tamamilə zərərli sayılmır. Əsas məsələ onların balanslı qidalanma çərçivəsində və normada istifadə edilməsidir.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
news.milli.az

2Mənbələr