AZ

Yunanıstan sahillərində 15 miqrant həlak oldu

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Yunanıstan sahillərində miqrantları daşıyan qayıq sahil mühafizə xidmətinin gəmisi ilə toqquşub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 14 miqrant həyatını itirib.

Faciə Egey dənizində, Xios adası yaxınlığında yaşanıb. Sərhədçilər 40-a yaxın  miqrantı daşıyan qayığı aşkar etdikdən sonra onlara təslim olmaq əmri verilib. Lakin qayıq təhlükəli manevr edərkən gəmiyə çırpılıb. 24 nəfər xilas edilib. Onlardan xəsarət alanlar, həmçinin, 2 yaralı sərhədçi xəstəxanaya yerləşdirilib. Dünən axşama olan məlumata görə, yaralı miqrantlardan biri xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, miqrantların vətəndaşlığı barədə məlumat verilmir. Faktla bağlı araşdırma davam etdirilir.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
525.az

1Mənbələr