AZ

Zelenski müharibədə həlak olan ukraynalı hərbçilərin sayını açıqladı

Ukrayna prezidenti Zelenski müharibədə həlak olanların sayını açıqlayıb.

AzPost bildirir ki, o bu barədə “France 2″yə verdiyi müsahibədə deyib.

“Ukraynada döyüş meydanında həlak olan əsgərlərin – istər nizami, istərsə də səfərbərlik olsun- rəsmi sayı 55.000-dir”, – deyə Zelenski bildirib.

“France 2″yə verdiyi müsahibədə Ukrayna lideri əlavə edib ki, Ukraynanın itkin düşmüş hesab etdiyi çox sayda insan da var.

Zelenski həmçinin sülhün bir ildən az müddətdə əldə ediləcəyinə ümid etdiyini bildirib.

O həmçinin vurğulayıb ki, Donbası ələ keçirmək üçün ruslar daha 800.000 cəsəd qurban verməli olacaqlar. “Onlar bu qədər uzun müddət dözməyəcəklər”, – deyə Zelenski bildirib.

AzPost.az

Seçilən
33
azpost.info

1Mənbələr