AZ

“Epşteynlə keçirdiyim hər dəqiqəyə görə peşmanam” − Qeyts

ain.az, Yeniavaz saytına istinadən bildirir.

Texnologiya nəhəngi “Microsoft”un qurucusu Bill Qeyts amerikalı maliyyəçi Ceffri Epşteynlə ünsiyyətindən peşman olduğunu söyləyib.

Yeniavaz.com xəbər verir ki, o, bunu “9News” televiziya kanalına verdiyi müsahibədə deyib.

“Onunla (Epşteynlə - red.) keçirdiyim hər dəqiqəyə görə peşmanam və bunun üçün üzr istəyirəm”, - o bildirib.

Qeytsin sözlərinə görə, o, Epşteynlə 2011-ci ildə tanış olub və üç il ərzində onunla bir neçə dəfə nahar edib, lakin heç vaxt onun adasına baş çəkməyib və qadınlarla görüşməyib:

“Əsas məsələ o idi ki, o, çox varlı insanları tanıyırdı və onları qlobal səhiyyəyə pul bağışlamağa inandıra biləcəyini deyib. Geriyə baxanda, bu, çıxılmaz bir sonluq idi”.

Qeyts həmçinin Epşteynin elektron məktubunu saxtakarlıq adlandıraraq, maliyyəçinin naməlum səbəblərdən ona zərər verməyə çalışdığını irəli sürüb:

“Görünür, Ceffri elektron məktubu özünə yazıb. Heç vaxt göndərilməyib. Bu, saxtakarlıqdır”.

Qeyd edək ki, bundan əvvəl Qeytsin nümayəndəsi “Microsoft”un qurucusunun Epşteynin villasında qadınlarla görüşdükdən sonra zöhrəvi xəstəliyə yoluxduğu barədə mediada yayılan məlumatları təkzib edib.

Xatırladaq ki, yanvarın 30-u ABŞ Ədliyyə Nazirliyi Epşteynin dosyesindən 3 milyon səhifədən çox sənədin, eləcə də 2000-dən çox videonun və 180.000 fotoşəkilin açıqlanmasını başa çatdırdı. Bu sənədlərə müxtəlif ölkələrən olan onlarla kral ailəsi üzvlərinin, tanınmış dövlət məmurlarının, iş adamlarının, diplomatların və elm adamlarının adı daxildir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
yeniavaz.com

2Mənbələr