Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Əbu-Dabidə görüşüb. Görüşdə tərəflər ikitərəfli normallaşma prosesinə dəstək məqsədilə təmasları davam etdirmək barədə razılığa gəliblər. Liderlər iki ölkə arasında sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində səyləri davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləyiblər.Tərəflər ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək niyyətində olduqlarını bildiriblər. Onlar, həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayıb və etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Əbu-Dabi görüşü yeni razılaşmalara əsaslanır:

“Əbu-Dabidə Azərbaycan prezidenti və Ermənistan baş naziri nümayəndə heyətinin iştirakı ilə görüşdü. Bu görüş Yekun sülh müqaviləsi istiqamətində etimadın artırılmasına və yerdə qalan məsələlərin həlli müstəvisində önəmlidir. İki ölkə arasında de-fakto sülh əldə olunub. Bu görüşdə bir neçə müzakirə edilməsi istisna deyil. Birinci, Ermənistan bu il ərzində Konustitusiya dəyişikliyinə getməlidir. İkinci, TRİP layihəsi-Zəngəzur dəhlizində işlər başlanmalıdır. Üçüncü, bu ilin axırına kimi -payizda sülh müqaviləsi bağlanmalıdır. Ermənistanda parlament seçkilərində N. Paşinyan qələbə əldə edəcəksə, sülh müqaviləsip payızda bağlanması mümkün görünür. Yaxın perspektivdə Türkiyə-Ermənistan sərhədləri açılacaq. Həmçinin yaxın günlərdə Azərbaycandan Ermənistana yeni jest olacaq. Həmçinin Türkiyədən yüklər Ermənistan ərazisindən keçib, Azərbaycana daxil olması istisna deyil”, – ekspert yekunlaşdırıb.