İranın Avstriyadakı diplomatik nümayəndəliyində müvəqqəti işlər vəkili vəzifəsində çalışan Gholamreza Derikvand xidmət yerini tərk edərək İsveçrədə siyasi sığınacaq istəyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Iran International mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, diplomat hazırda İsveçrə ərazisindədir və yerli qurumlara rəsmi müraciət edib. Hadisə ilə bağlı İran Xarici İşlər Nazirliyi hər hansı açıqlama verməyib. Nazirliyin əməkdaşları məsələni təhlükəsizlik səbəblərini əsas gətirərək müzakirə etməkdən yayınırlar.
Bildirilir ki, Derikvend bundan əvvəl, 2011–2014-cü illərdə İranın Çexiyadakı səfirliyində də analoji vəzifədə çalışıb. O, diplomatik dairələrdə təcrübəli kadr və gələcəkdə səfir təyin olunma perspektivi olan diplomat kimi tanınıb.
Hazırda onun sığınacaq istəməsinin səbəbləri rəsmi şəkildə açıqlanmayıb. Analitiklərin fikrincə, bu addım İran diplomatik korpusunda daxili narahatlıqların və mümkün siyasi risklərin göstəricisi kimi də qiymətləndirilə bilər.
Qeyd olunur ki, Derikvend sonuncu dəfə Avstriyada fəaliyyət göstərib və Vyanadakı diplomatik missiyanın rəhbərliyində mühüm rol oynayıb.
Sara