AZ

İsrail hücuma keçdi: Briqada komandiri məhv edildi

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağının şimalında həyata keçirilən əməliyyat nəticəsində HƏMAS-ın briqada komandirinin öldürüldüyünü təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə İDF məlumat yayıb. Qeyd olunur ki, əməliyyat İsrail Müdafiə Qüvvələrinin bir zabitinin gecə saatlarında yaralanmasına cavab olaraq aparılıb.

İDF-nin açıqlamasında bildirilib ki, zabit əməliyyat zamanı yaralanıb, lakin onun vəziyyəti ilə bağlı əlavə detallar açıqlanmayıb.

Xatırladaq ki, 7 oktyabr 2023-cü il səhər saatlarında HƏMAS yaraqlıları İsrailin cənubundakı sərhəd ərazilərinə daxil olaraq mülki şəxslərə və hərbçilərə hücum ediblər. İsrail tərəfinin məlumatına görə, hücumlar zamanı çoxsaylı insan öldürülüb, girovlar götürülüb və ölkə ərazisinə minlərlə raket atılıb.

İki il davam edən silahlı qarşıdurmadan sonra, 10 oktyabr 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunan razılaşma əsasında atəşkəs qüvvəyə minib.

Tahir Turan

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
globalinfo.az

1Mənbələr